Bakı. Trend:
Cənubi sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə BMT-yə məxsus "Miraya" radiosu məlumat yayıb.
Məlumata əsasən, təyyarənin göyərtəsində heyət üzvləri və 21 sərnişin olub.
Qəza nəticəsində 18 nəfər həlak olub.
Digər təfərrüatlar barədə məlumat verilmir.