Bakı. Trend:
Quş qripi epidemiyası ilə əlaqədar 2025-ci ildə Amerika Birləşmiş Ştatlarında yumurtanın qiyməti kəskin şəkildə bahalaşa bilər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, mövcud sözügedən virus ölkənin bir çox quşçuluq fermalarına ağır zərbə vurub.
Məlumata görə, defisit təhlükəsi ilə əlaqədar artıq bir sıra marketlər şəbəkəsində yumurtaların satışına məhdudiyyətlər qoyulub. Məsələn, marketdən hər ailə yalnız iki bağlama yumurta ala bilər. Las-Veqas sakinləri ümumiyyətlə mağazaların piştaxtalarında yumurta tapa bilmədiklərini bildirirlər.
Qeyd edilir ki, ümumiyyətlə 2024-cü ilin sonunda yumurta əvvəlki təqvim ilə müqayisədə 60%, 2019-cu illə müqayisədə isə 160% bahalaşıb və hazırda 12 ədədi 4,15 ABŞ dollarına satılır.
ABŞ-nin Kənd Təsərrüfatı Nazirliyi 2025-ci ildə yumurta qiymətinin daha 20% bahalaşacağını proqnozlaşdırıb.