...

Bu avtomobil şirkətinin gəlirləri kəskin azalıb

Dünya xəbərləri Materials 30 Yanvar 2025 18:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yekunlarına görə Amerikanın “Tesla” avtomobil şirkətinin xalis gəlirləri bir il ərzində 2 dəfədən çox azalaraq – 15 milyard dollardan 7,1 milyard dollara düşüb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, avtokonsernin əməliyyat gəlirləri 20 faiz düşüb, elektromobillərin satışından əldə olunan gəlirlər isə 6 faiz azalaraq 77,1 milyarda düşüb. Buna baxmayaraq şirkətin ümumi mənfəəti 97,7 milyarda dollara çatıb ki, bu da bir il öncəki göstəricidən 1 faiz çox olub.

Tesla-nın dördüncü rübdə gəliri 25,7 milyard dollara yüksəlsə də, bu göstərici analitiklərin 27,26 milyard dollarlıq proqnozundan xeyli aşağı qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti