...

Avropanın qaz ehtiyatları azalıb

Dünya xəbərləri Materials 30 Yanvar 2025 14:46 (UTC +04:00)
Avropanın qaz ehtiyatları azalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı ölkələrində yeraltı qaz saxlanclarından (YQS) saxlanılan ümumi yanacaq ehtiyatları əhəmiyyətli dərəcədə azalıb.

Trend Avropanın Qaz İnfrastruktunun Operatorları Assosasiyasına (GIE) istinadən verdiyi məlumata görə, yanvar ayının sonuna olan göstəricilərə görə, saxlanclardakı ehtiyatlar 55% faizə qədər azalıb.

Yanvarın 21-də YQA-dan qaz yığımı 437 milyon kubmetr təşkil edib, halbuki yanacağın vurulma həcmi cəmi 41 milyon kubmetrə bərabər olub.

Bu arada “Financial Times” öz mənbələrinə istinadən Avropa İttifaqından olan bir neçə dövlətin qaz kəməri ilə Rusiyadan Avropaya tədarüklərin bərpa olunmasını təklif etdiyini yazır. Qeyd olunan məsələnin, Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı gələcək sazişin mətninə daxil ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti