Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikadan idxal edilən mallara gömrük rüsumlarının daha da artırıla biləcəyini bəyan edib.
Trend xəbər verir ki, o, fevralın 1-dən etibarən ABŞ-nin həm şimal, həm də cənub qonşularına 25%-lik idxal rüsumları tətbiq edəcəyini təsdiqləyib. "Bu, şənbə günü olacaq", - deyə Tramp bildirib.
Ağ Ev rəhbəri əlavə edib ki, bu tariflər zamanla daha da yüksəldilə bilər. “Kanada və Meksikaya 25% rüsum tətbiq edəcəyəm. Bunlar zamanla artırıla bilər”, - Tramp vurğulayıb.
Eyni zamanda, o, Kanada və Meksikadan ABŞ-yə neft tədarükünə rüsum tətbiq edilib-edilməyəcəyinə dair hələ qərar verilmədiyini qeyd edib.