Bakı. Trend:
2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 0,3 faiz azalaraq, 1 milyon 413 min 220 dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 17 milyon 913 min 153 dollar məbləğində hazır geyim ixrac edib.
Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə 1 milyard 262 milyon 830 dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 12,9 faiz azdır.
Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 17 milyard 920 milyon 376 dollara bərabər olub.