...

ABŞ ordusu və NATO-ya kiberhücumlar edən haker saxlanılıb

Dünya xəbərləri Materials 6 Fevral 2025 05:50 (UTC +04:00)

Bakı. Trend:

İspaniya polisi ABŞ və İspaniya orduları, həmçinin NATO-nun elektron resurslarına haker hücumları edən informatika mütəxəssisini saxlayıb.

Trend-in məlumatına görə, bu barədə "Figaro" nəşri xəbər verib.

Məlumata əsasən, polis hakeri saxlamaq üçün 1 ildən çox əməliyyat aparıb. O hər dəfə ayrı-ayrı adlarla məxfi sistemlərə girdiyi üçün ələ keçməsi uzun vaxt aparıb. Təhqiqat zamanı məlum olub ki, haker əldə etdiyi məlumatları forumlarda satıb.

Alkanta regionunda yaşayan hakerin saxlanması əməliyyatında Avropol və ABŞ Dövlət Departamentinin daxili təhlükəsizlik şöbəsinin əməkdaşları da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti