Bakı.Trend:
Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkilərdən ölənlərin sayı 54 nəfərə çatıb. Azı 40 nəfərin paytaxt xəstəxanalarının reanimasiyalarında ağır vəziyyətdə olduğu deyilir.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ankara Baş Prokurorluğu saxta içkilər istehsal edən və satışını həyata keçirən fiziki və hüquq şəxslərə qarşı istintaqı davam etdirir.
İstintaq çərçivəsində artıq şübhəli şəxs qismində 28 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 25 nəfər isə şəhəri tərk etməməklə bağlı iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.