...

Rusiyada texnikumda silahlı insident olub

Dünya xəbərləri Materials 24 Fevral 2025 19:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Tomsk şəhərinin Politexnik peşə məktəbində silahlı insident olub.

Trend xəbər verir, bu barədə Rusiya KİV məlumat yayılıb.

Məlumata görə, Bakı vaxtı ilə 12:20 radələrində Smirnov küçəsində yerləşən təhsil müəssisəsinin əsas korpusunda atışma olub.

Adı mətbuata açıqlanmayan şəxslər peşə məktəbinin şüşələrinə atəş açıb. İnsident nəticəsində heç kimin xəsarət almadığı bildirilir. Hadisə yerinə Rosqvardiya və DİN əməkdaşları cəlb olunub.

İnsidentin iştirakçıları artıq polis əməkdaşları tərəfindən saxlanılıb, onların kimlikləri müəyyən edilib. Hadisənin bütün hallarının müəyyən edilməsi üçün ərazidə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti