Bakı. Trend:
Pakistanla Beynəlxalq Valyuta Fondu (BVF) arasında iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə 1,5 milyard ABŞ dolları məbləğində kredit ayrılması ilə bağlı danışıqlar başlayıb.
Trend xəbər verir ki, BVF-in texniki işlər üzrə nümayəndə heyəti yeni kreditlə bağlı danışıqlar aparmaq üçün Pakistana səfər edib. BVF-in iqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinə 1,5 milyard dollar həcmində kredit ayırması gözlənilir.
BVF-iin nümayəndə heyəti federal hökumətin yaşıl büdcə çərçivəsində atdığı addımları qənaətbəxş hesab edib.