...

Bayden administrasiyasına qarşı 100 milyon dollarlıq iddia qaldırılıb

Dünya xəbərləri Materials 26 Fevral 2025 00:33 (UTC +04:00)
Bayden administrasiyasına qarşı 100 milyon dollarlıq iddia qaldırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Co Baydenin keçmiş köməkçisi və RT-nin əməkdaşı Tara Rid Ağ Evin əvvəlki administrasiyasına qarşı 100 milyon dollarlıq iddia qaldırıb.

Trend xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

İddiaya əsasən, ABŞ Ədliyyə Departamenti, FTB, qurumun keçmiş direktoru və ölkənin keçmiş Baş Prokuroru “dövlət sistemindən rəqiblərlə mübarizə aləti kimi istifadə etməkdə” günahlandırılır.

Rid bildirib ki, iddia “dərin dövlətin əsl mahiyyətini” və Bayden administrasiyasının Qərb mediasına “maliyyə və digər vasitələrlə necə təsir etdiyini” üzə çıxaracaq.

Qeyd edək ki, Tara Rid 2023-cü ilin yazında Rusiyaya köçüb və RT-də işləməyə başlayıb. O, 2020-ci ildə Co Baydeni, onun senator olduğu 1993-cü ildə cinsi təcavüzdə ittiham etmişdi.

Xəbər lenti

Xəbər lenti