Bakı. Trend:
İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 451 min nəfərin yaşadığı Manado şəhərindən (Şimali Sulavesi əyaləti) 121 km cənubda yerləşib. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.