Bakı. Trend:
ABŞ administrasiyası Ukrayna hakimiyyətinə hər hansı yeni təhlükəsizlik zəmanəti vermək niyyətində deyil. Bununla Avropa məşğul olmalıdır.
Trend-in məlumatına görə, bu mövqeyi ABŞ prezidenti Donald Tramp Ağ Evdə kabinetinin ilk iclasında açıqlayıb.
"Mən [yeni] böyük təhlükəsizlik zəmanətləri verməyəcəm. Qoy Avropa bununla məşğul olsun, çünki məsələ ondadır ki, Avropa onların qonşusudur", - deyə o qeyd edib.