...

ABŞ şirkətlərinin Rusiyanın neft sektoru ilə əməkdaşlığı qadağan edilib

Dünya xəbərləri Materials 27 Fevral 2025 20:45 (UTC +04:00)
ABŞ şirkətlərinin Rusiyanın neft sektoru ilə əməkdaşlığı qadağan edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də Amerika şirkətlərinin Rusiya ərazisində neft hasilatı sektorunda xidmətlər göstərilməsinə qoyulmuş qadağa qüvvəyə minib.

Trend xəbər verir ki, yeni məhdudiyyətləri yanvarın 10-da ABŞ maliyyə nazirliyi elan etmişdi.

Beləcə, yerli şirkətlərin Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırması üçün onlara fevralın 27-dək möhlət verilmişdi.

İstisnaların siyahısına Xəzər borukəməri konsorsiumu (XBK), “Tenqizşevroyl” və “Saxalin 2” layihəsi düşüb: onların xidmətlərin göstərilməsi ilə bağlı lisenziyası cari ilin yay aylarına kimi (28 iyun) qüvvədə qalacaq.

Xatırladaq ki, fevralın 19-da ABŞ dövlət katibi Marko Rubi Ukrayna münaqişəsinin nizamlanması, o cümlədən, atəşkəslə bağlı razılaşma əldə olunmayana qədər Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcəyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti