Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Ağ Evdə keçirilmiş görüşünü şərh edib.
Trend xəbər verir ki, Ukrayna lideri özünün X səhifəsindəki paylaşımında belə deyib:
“Amerikaya təşəkkür edirəm, dəstəyə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. ABŞ Prezidentinə, Konqresə və Amerika xalqına təşəkkür edirəm.
Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və biz məhz bunun üçün çalışırıq”, – Zelenski vurğulayıb.