...

"Škoda Auto" 2028-ci ilə qədər işçi sayını 15% azaltmağı planlaşdırır

Dünya xəbərləri Materials 1 Mart 2025 03:59 (UTC +04:00)
"Škoda Auto" 2028-ci ilə qədər işçi sayını 15% azaltmağı planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çex avtomobil nəhəngi "Škoda Auto" 2028-ci ilə qədər işçi qüvvəsini 15% azaltmağı planlaşdırır.

Trend ČTK xəbər agentliyinə istinadən xəbər verir ki, "Volkswagen" konserninin tərkibində fəaliyyət göstərən Çexiya şirkətində hazırda 35 minə yaxın işçi çalışır.

Şirkət rəhbərliyinin açıqlamasına görə, işçi sayındakı azalma əsasən təbii kadr dəyişikliyi ilə əlaqələndirilir və daimi əmək müqaviləsi olan işçilərin işdən çıxarılmasını nəzərdə tutmur.

Bundan əlavə, demoqrafik dəyişikliklərin də işçi qüvvəsinin azalmasına təsir edəcəyi proqnozlaşdırılır. Optimallaşdırma prosesi daha çox qısamüddətli müqavilələrlə işləyən və şirkətlə uzunmüddətli əmək əlaqələrində maraqlı olmayan işçilərə təsir edəcək.

Xəbər lenti

Xəbər lenti