...

Rusiyada ticarət mərkəzində atışma baş verib

Dünya xəbərləri Materials 2 Mart 2025 21:30 (UTC +04:00)
Rusiyada ticarət mərkəzində atışma baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində yerləşən "Krasnıy kit" ticarət mərkəzində atışma baş verib.

Trend Rusiya "Telegram" kanallarına istinadən xəbər verir ki, insident nəticəsində üç nəfər yaralanıb.

Məlumata görə, naməlum şəxs ticarət mərkəzinin mühafizəçiləri ilə mübahisə etdikdən sonra tapançadan atəş açıb. Bu zaman ticarət mərkəzinə gələnlər arasında təşviş yaranıb və insanlar təcili şəkildə oranı tərk etməyə başlayıblar.

Hadisə yerinə gələn polis əməkdaşları atəş açan şəxsi saxlayıblar. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti