...

Somali iqtidarı "Əş-Şəbab" qruplaşmasının 40-dan çox üzvünü zərərsizləşdirib

Dünya xəbərləri Materials 2 Mart 2025 23:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Somali iqtidarı radikal "Əş-Şəbab" qruplaşmasının 40-dan çox üzvünü zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Somali Milli Televiziyası (SNTV) sosial şəbəkədə məlumat yayıb.

“Əş-Şəbab” terrorçularının 40-dan çoxu Somali Milli Ordusu və beynəlxalq tərəfdaşların iştirakı ilə Hiraşabelle əyalətinin Biya-Kadde bölgəsində bazar ertəsi keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Somali mərkəzi hökumətinə qarşı silahlı mübarizə aparan və BMT-nin humanitar fəaliyyətinə mane olan "Əş-Şəbab" qruplaşması beynəlxalq terrorçu təşkilat olan “Əl-Qaidə” ilə sıx əlaqələrə malikdir.

ABŞ “Əş-Şəbab”ın mövqelərinə müntəzəm hava zərbələri endirir.

Xəbər lenti

Xəbər lenti