...

Aİ Şurasının prezidenti Antonio Kosta Moldovaya səfər edəcək

Dünya xəbərləri Materials 3 Mart 2025 03:57 (UTC +04:00)
Aİ Şurasının prezidenti Antonio Kosta Moldovaya səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Kosta martın 3-də Moldovanın paytaxtı Kişineuya rəsmi səfər edəcək.

Trend yerli KİV-lərə istinadla xəbər verir ki, səfər çərçivəsində Antonio Kosta Moldova Prezidenti Maya Sandu, parlamentin sədri İqor Qrosu və baş nazir Dorin Reçen ilə görüşlər keçirəcək.

Aİ-nin Moldovadakı daimi nümayəndəliyinin məlumatına görə, Antonio Kosta və Maya Sandu günün birinci yarısında birgə mətbuat konfransı keçirəcəklər. Daha sonra səfər proqramına vətəndaş cəmiyyəti nümayəndələri, gənclər və sahibkarlarla görüşlər daxildir.

Qeyd edilib ki, bu səfər Moldovanın Aİ-yə üzv olmaq üçün müraciətinin üçüncü ildönümünə təsadüf edir və Aİ-nin ölkənin Avropa kursuna dəstəyini bir daha təsdiqləyir.

Xəbər lenti

Xəbər lenti