...

"Qantas" təyyarəsi Sidney hava limanına məcburi eniş edib

Dünya xəbərləri Materials 3 Mart 2025 07:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın ən böyük aviaşirkəti "Qantas"a məxsus təyyarə, pilot kabinindəki tüstülənmə səbəbindən Sidney hava limanına məcburi eniş edib.

Trend xəbər verir ki, bu barədə"Qantas" aviaşirkətinin nümayəndəsinə istinadən ABC telekanalı məlumat yayıb.

QF643 reysi Sidneydən Pertə uçarkən, tüstülənmə səbəbindən təyyarə məcburi olaraq Sidney hava limanına eniş edib. Aviaşirkət nümayəndəsi bildirib ki, pilotlar belə vəziyyətlərlə necə başa çıxmağı bilir və sərnişinlərin narahatlığını başa düşürlər. "Bunun səbəb ola biləcəyi hər hansı narahatlığa görə üzr istəyirik", - deyə aviaşirkət sözçüsü bildirib.

"Qantas"ın texniki xidmətləri Boeing 737-dəki nasazlığın səbəbini araşdırmağa başlayıb. Təyyarənin enişi "insidentsiz" baş verib və təcili tibbi yardım maşınları təyyarəni qarşılayıb. Sərnişinlər bir müddət sonra Sidneydən yola düşən başqa təyyarəyə yönləndirilib.

Xəbər lenti

Xəbər lenti