...

Ermənistan parlamentində Avrointeqrasiya ilə bağlı iclas təxirə salınıb

Dünya xəbərləri Materials 3 Mart 2025 14:32 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün (3 mart) Ermənistan parlamentinin Avrointeqrasiya üzrə Daimi Komissiyasının iclası yarımçıq dayandırılıb və naməlum müddətə təxirə salınıb. İclasda, ikinci oxunuş ərəfəsində ölkənin Avropa İttifaqına üzvlük niyyəti ilə bağlı qanun layihəsi müzakirə olunur.

Bu barədə Trend Ermənistan KİV-ə istinadən xəbər verir.

Ermənistanın Avrointeqrasiya üzrə Daimi Komissiyasının sədri Arman Eqoyan faktı təsdiqləyib.

“Qanun layihəsinin müzakirəsi texniki səbəblərə görə təxirə salınıb. Bizim bu məsələdə siyasi fikir ayrılığımız yoxdur”, - deyə Eqoyan bildirib.

Xatırladaq ki, yanvar ayında Ermənistan Nazirlər Kabineti ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başladılması haqda qanun layihəsini təsdiqləmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti