Bakı. Trend:
Almaniyanın Manheym şəhərində (Baden-Vurtemberq torpağı) naməlum şəxs idarə etdiyi avtomobili izdihamın üzərinə sürüb. Hadisə nəticəsində azı 1 nəfər həlak olub,.
Trend xəbər verir ki, bu basrədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, sürücünün avtomobili ilə şəhər mərkəzində bir neçə nəfəri vurduğu iddia olunur. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və polis dəstələri cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.