...

ABŞ-də yumurtanın bahalaşmasına qarşı qeyri-adi alternativ fikirləşiblər

Dünya xəbərləri Materials 4 Mart 2025 09:37 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-də “quş qripinin” quşçuluğa vurduğu nəhəng ziyan fonunda yumurta qiymətlərinin kəskin artımı insanları qeyri-adi alternativlərə vadar edir.

Trend BBC-ə istinadən xəbər verir ki, ABŞ-də artıq yeni praktika, yumurtalıq toyuqların icarəsi xidməti işə salınıb.

Nyu-Hempşirdən olan Kristin və Brayan Tempelton cütlüyü artıq bu təşəbbüslə özlərinə kifayət qədər gəlirli biznes qurublar. Müştərilər həftəyə 12 yumurta qoya bilən toyuğun icarəsi üçün “Rent The Chicken” şirkətinə 600 ABŞ dolları ödəyir.

Şirkətsə bunun əvəzində həmin müddət ərzində toyuğun yemini və lazımı dərmanlarını təchiz edir. Yumurta qiymətlərinin bahalaşması fonunda bu xidmət getdikcə populyarlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti