...

Yunanıstanda etirazçılarla polis arasında toqquşmalar baş verib

Dünya xəbərləri Materials 6 Mart 2025 02:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il fevralın 28-dən martın 1-nə keçən gecə Tempi şəhərində baş vermiş qatar qəzasının ikinci ildönümünə təsadüf edən etiraz aksiyalarında Afinada, Yunanıstan parlamentinin yaxınlığındakı mərkəzi Sintaqma meydanında etirazçılarla polis arasında toqquşmalar baş verib.

Trend xəbər verir ki, bu barədə Yunanıstanın "Skai" telekanalı məlumat yayıb.

Məktəblilərin, tələbələrin, həmkarlar ittifaqı və ictimai təşkilatların nümayəndələrinin iştirak etdiyi mitinqdən sonra meydanda kiçik toqquşmalar baş verib. Aksiya müxalifət partiyalarının təqdim etdiyi hökumətə etimadsızlıq məsələsi ilə bağlı parlamentdə başlayan müzakirələrə təsadüf edib.

Martın 5-də parlamentdə hökumətə etimadsızlıq məsələsi ilə bağlı üç günlük müzakirələr başlayıb. Səsvermənin martın 7-də axşam keçirilməsi gözlənilir. Parlamentin kabinetə etimadı rədd etməsi üçün 151 səs lazımdır.

Lakin Baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi hakim "Yeni Demokratiya" partiyası, 300 yerlik bir palatalı parlamentdə 156 səs çoxluğuna sahib olduğu üçün belə bir səsvermənin uğursuz olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti