Bakı. Trend:
ABŞ vətəndaşlarının Britaniya vətəndaşlığı üçün müraciətlərində rekord artım qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
Keçən il ABŞ vətəndaşlarından gələn müraciətlərin sayı 2024-cü ilin son rübündə, ABŞ seçkiləri zamanı kəskin artaraq 6100-ə çatıb. Bu, son 20 ilin ən yüksək göstəricisidir.
Amerikalıların Britaniya vətəndaşlığına marağının artmasının əsas səbəbləri kimi ABŞ-dakı siyasi qeyri-sabitlik və Britaniyanın vergi qanunlarına edilən dəyişikliklər göstərilir.