...

Almaniyada təkər zavodunda partlayış: yaralılar var

Dünya xəbərləri Materials 6 Mart 2025 16:23 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın Hannover şəhərində avtomobil hissələrinin satışı üzrə ixtisaslaşmış “Continental” şirkətinin təkər zavodunda partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, partlayışdan sonra müəssiədə güclü yanğın meydana gəlib. İnsident nəticəsində bir neçə nəfərin yüngül bədən xəsarətləri aldığı bildirilir. Əraziyə xeyli sayda yanğınsödürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub.

Partlayışın səbəbi hələ ki, məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti