...

İsveç öz qırıcılarını Polşaya göndərəcək

Dünya xəbərləri Materials 6 Mart 2025 20:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveç ilk dəfə olaraq öz qırıcılarını Polşaya göndərməyi planlaşdırır. Onlar NATO-nun şərq sərhədlərində hava məkanının patrulunu həyata keçirəcək.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsveçin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Polşanın bazasına “Jas 39 Gripen” isveç qırıcılarından ibarət qrup göndəriləcək. Onlar Şimali Atlantik alyansın hava məkanını mühafizə edəcəklər.

"İsveç elan edir ki, bir neçə “JAS Gripen”qırıcısı göndərməklə Polşada NATO-nun iki əməliyyatına töhfə vermək istəyir. Həmin əməliyyatlar NATO-nun Ukraynadakı logistik dəstəyinin müdafiəsi və Polşa üzərində hava məkanının patrulundan ibarətdir. Biz öz müttəqiflərimizi və dostlarımızı qorumağa hazırıq”, - İsveçin məlumatda müdafiə naziri Pol Yonsonun sözlərinə istinadən qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti