Bakı. Trend:
Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasının təklif etdiyi Avropanın hərbiləşdirilməsi üçün 800 milyard avroluq plan (Aİ-nin yenidən silahlanması) barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi xəbər verib.
Martın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ liderlərinə 800 milyard avroluq büdcə ilə icmanı yenidən silahlandırmaq planı təklif etdiyini açıqladı. Avropa Komissiyası bu pulu kapital bazarlarından borc götürəcək və sonra Avropadan birgə silah almaq şərti ilə dövlətlərə kredit şəklində verəcək. Bu vəsait Aİ-də hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silahların istehsalına yönəldiləcək.
Avropa Komissiya həmçinin ölkələrə silah istehsalı üçün daha 650 milyard avro cəlb etmək üçün müdafiə xərclərini 1,5% artırmağı təklif edib. Bu pul dövlət kreditləri şəklində Aİ ölkələrinin özləri tərəfindən cəlb edilməlidir.