...

Suriya toqquşmalara görə Latakiyada komendant saatı elan edilib

Dünya xəbərləri Materials 7 Mart 2025 02:32 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın Latakiya vilayətinin Daxili Təhlükəsizlik İdarəsi cümə günü yerli vaxtla səhər saat 10:00-a qədər komendant saatı tətbiq edib.

Trend-in məlumatına görə, bu bəradə "SANA" agentliyi xəbər verib.

Məlumata əsasən, komendant saatı Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşma fonunda tətbiq edilib.

Qeyd edək ki, martın 6-da bir qrup Əsəd tərəfdarı Rusiyanın Xmeymim aviabazasının yerləşdiyi Cebla şəhərinin kənarında Suriyanın yeni administrasiyasının daxili təhlükəsizlik idarəsinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib. “Əl-Cəzirə” televiziya kanalı bildirib ki, silahlılarla toqquşmalarda azı 15 Suriya təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub.

Xəbər lenti

Xəbər lenti