...

Berlində çoxmənzilli binada yanğın baş verib

Dünya xəbərləri Materials 8 Mart 2025 18:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində çoxmənzilli binada baş verən yanğın nəticəsində 16 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Berlin Yanğınsöndürmə Xidməti məlumat yayıb.

Qurumun rəsmi açıqlamasına görə, yanğın Berlinin Kroytsberq rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə başlayıb. Hadisə nəticəsində 15 nəfər yüngül, 1 nəfər isə ağır xəsarət alıb.

Yanğının söndürülməsi və sakinlərin təxliyəsi üçün təxminən 70 yanğınsöndürən cəlb edilib. Yaralılardan dördü xəstəxanaya yerləşdirilib. Hazırda yanğının səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti