...

Toronto şəhərində pabda atışma baş verib

Dünya xəbərləri Materials 8 Mart 2025 21:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ontario ştatının Toronto şəhərində pabda baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə yerli polisin sözçüsü Pol Makintayr məlumat verib.

Onun sözlərinə görə, cümə günü axşam saatlarında Skarboro bölgəsində yeni pabın açılışı olub. Bir müddət sonra otağa üç naməlum maskalı şəxs daxil olub, onlardan biri avtomatla silahlanıb.

"Onlar pabın müştərilərinə atəş açıblar. Məmnuniyyətlə bildirirəm ki, heç bir itki yoxdur", - deyə açıqlamaları CTV-də nümayiş etdirilən Makintayr bildirib.

Polis məmuru qeyd edib ki, altı nəfər güllə yarası alıb, qalanları isə sınmış qab-qacaq qırıqlarından yaralanıb. Ölənlərin 20-50 yaş arasında olduğu bildirilir. Hazırda hücum edənlərin axtarışı davam etdirilir.

Xəbər lenti

Xəbər lenti