Bakı. Trend:
ABŞ-nin bir sıra dövlət qurumları, əsas məhsullarından biri Starlink peyk internet rabitə sistemi olan İlon Maskın SpaceX şirkəti ilə müqavilələr bağlamaq imkanını nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə NBC televiziya şirkəti məlumat yayıb və qeyd edib ki, bu, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən Maskın əlavə gəlir əldə etməsinə səbəb olacaq.
NBC mənbələrinin məlumatına görə, federal hökumətin əsas funksiyalarını idarə edən və dəstəkləyən ABŞ Ümumi Xidmətlər İdarəsi (GSA) fevralın ortalarında Starlink xidmətlərindən istifadə etməyə başlayıb.
Pentaqon və Ticarət Departamenti də daxil olmaqla, ən azı yeddi başqa agentlik Starlink ilə ABŞ Prezidenti Donald Tramp Ağ Evə qayıtmazdan əvvəl imzalanmış aktiv müqavilələrə malikdir.