Bakı. Trend:
Çin uçan avtomobillərin kütləvi istehsalına 2025-ci ildən başlamağı planlaşdırır.
Trend "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə "XPeng Motors" şirkətinin idarə heyətinin sədri He Syaopen məlumat verib.
Onun sözlərinə görə, Çinli elektrik avtomobil istehsalçısı 2026-cı ilə qədər uçan avtomobillərin geniş istehsalına nail olmağı hədəfləyir.
İlk mərhələdə "Land Aircraft Carrier" (LAC) adlı model üçün uçan modulun yaradılması nəzərdə tutulur. İl ərzində 10 min belə cihazın istehsalı planlaşdırılır.
LAC modeli 12-17 noyabr tarixlərində Çjuhay şəhərində keçiriləcək "Airshow China" sərgisində nümayiş etdiriləcək və ilk uçuşunu həyata keçirəcək.