Bakı. Trend:
ABŞ, Kanadada keçiriləcək "G7" xarici işlər nazirlərinin görüşünə hazırlıq zamanı Rusiya neftini daşıyan “kölgə donanmasını” izləyəcək struktur yaratmaq təklifini rədd edib.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.
"ABŞ Kanadanın "kölgə donanması"nın axtarışı üçün struktur yaratmaq təklifini rədd etdi", - deyə bildirilib.
Məlumata əsasən, Vaşinqton G7 çərçivəsində “Rusiya Federasiyasına qarşı sanksiyalardan yayınma hallarını müəyyən edən struktur” yaratmaq ideyasından imtina edib.
Bundan əlavə, ABŞ G7 xarici işlər nazirləri adından kommünikedə Rusiya ilə bağlı bölmədə “sanksiyalar” sözünün qeyd edilməsinə qarşı çıxıb.