...

“Starlink” olmadan Ukraynanın cəbhə xətləri dağılar - İlon Mask

Dünya xəbərləri Materials 10 Mart 2025 06:59 (UTC +04:00)
“Starlink” olmadan Ukraynanın cəbhə xətləri dağılar - İlon Mask

Bakı. Trend:

“SpaceX” şirkətinin sahibi İlon Mask Ukraynanı “Starlink” peyk rabitə sistemindən ayırmaq fikrində olmadığını bildirib.

Trend xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

"Mən çox aydın olmaq istərdim: Ukraynanın siyasəti ilə nə qədər razılaşmasam da, “Starlink” heç vaxt terminallarını söndürməyəcək. Sadəcə demək istəyirəm ki, “Starlink” olmadan Ukraynanın cəbhə xətləri dağılar. Biz bu vəziyyətdən sövdələşmə predmeti kimi istifadə etmərik", - deyə Mask qeyd edib.

Xəbər lenti

Xəbər lenti