Bakı. Trend:
ABŞ Senatı Nümayəndələr Palatasının ardınca, bağlanmanın qarşısını almaq üçün hökumətin işini sentyabrın 30-na kimi müvəqqəti maliyyələşdirməyi nəzərdə tutan qanun layihəsini təsdiq edib.
Trend-in məlumatına görə, bu barədə Amerika KİV-ləri xəbər verib.
Məlumata əsasən, sənədin lehinə 54 senator, əleyhinə 46 senator səs verib. Qanun layihəsinin qəbul edilməməsi ölkədə maliyyəşmənin dayandırılması və hökumət qurumlarının fəaliyyətinin dayandırılması ilə nəticələnəcəkdi.
Qanun layihəsi imzalanması üçün prezident Donald Trampa göndərilib və onun gecikmədən imzalayacağı gözlənilir.
Sənəd cari maliyyə ilində ABŞ-ın hərbi xərclərinin 6 milyard dollar artırılmasını, o cümlədən qeyri-müdafiə obyektlərinə xərclərin 13 milyard dollar azaldılmasını, o cümlədən nüvə silahının yayılmaması üçün 185 milyon dolları və prezidentin qeyri-qanuni miqrasiya ilə mübarizə proqramını həyata keçirmək üçün İmmiqrasiya və Gömrük Mühafizəsi büdcəsinin 485 milyon dollar artırılmasını nəzərdə tutur.