Bakı. Trend:
Suriya cənubundakı Latakiya şəhərində şənbə günü baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb, 18 nəfər isə yaralanıb.
Trend-in məlumatına görə, mülki müdafiənin bəyanatına istinadən "Al Watan" qəzeti bu barədə xəbər yayıb.
Açıqlamaya görə, ölənlər arasında beş qadın və beş uşaq var. Məlumatda, hələ də dağıntılar altında cəsədlərin olduğu bildirilir. Xilasetmə əməliyyatlarının davam etdiyinə görə, bu məlumatların ilkin olduğu qeyd edilib.
Səhiyyə Nazirliyi əvvəllər 10 nəfərin öldüyünü açıqlamışdı. Yerli mülki müdafiə xidmətinin məlumatına görə, partlayışa metal qırıntıları sahəsində partlamamış iri çaplı mərminin partlaması səbəb olub. Bu mərmi, Əl-Raml məhəlləsində, dörd mərtəbəli binanın yaxınlığında yerləşirdi.
Martın 6-dan 10-dək Latakiya, Tartus, Həma və Homs əyalətlərində keçid hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatlar zamanı 1500-dən çox insan həlak olmuşdu.