Bakı. Trend:
ABŞ məhkəməsi, Prezident Donald Trampın miqrantların təyyarə ilə ölkədən çıxarılması planının dayandırılmasını tələb edib.
Trend-in məlumatına görə, Kolumbiya dairəsinin hakimi Ceyms Boasberq, bu barədə qərar verərək bildirib: "Bu adamları daşıyan istənilən təyyarə ABŞ-yə qaytarılmalıdır. Bunun dərhal həyata keçirildiyinə əmin olun."
Məhkəmə, daha əvvəl Tramp administrasiyasının 1798-ci il qanununa əsasən beş venesuelalı miqrantın deportasiyasını müvəqqəti dayandırmışdı. İndi isə, məhkəmə bu qərarı yeni ABŞ hökumətinin qanun çərçivəsində deportasiya etməyə çalışdığı bütün miqrantlara tətbiq edib.
Qeyd edilib ki, müvəqqəti qadağa, Trampın sərəncamının qanuniliyi müəyyən edilənə qədər 14 gün müddətinə qüvvədə olacaq.