Bakı. Trend:
BMT ABŞ-nin "Ənsər Allah" (husilərin) hərəkatının nəzarətində olan Yəmən ərazisinə endirdiyi zərbələrdən narahatdır, bütün tərəfləri hərbi fəaliyyəti dayandırmağa çağırır.
Trend-in məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin açıqlamasında bildirib.
"Narahatlıqla qeyd edirik ki, Birləşmiş Ştatlar Yəmənin husilərin nəzarətində olan ərazilərinə bir neçə zərbə endirib, nəticədə ölənlər və yaralananlar var. Husilərin Qırmızı dənizdə gəmiçiliyə hücumları bərpa etmək üçün davam edən təhdidlərindən də narahatıq. Biz maksimum təmkinliyə və hərbi əməliyyatlara son qoymağa çağırırıq", - deyə qeyd olunub.
Dünya təşkilatı həmçinin qeyd edib ki, “hər hansı növbəti gərginlik regional gərginliyi daha da gücləndirə, Yəmən və [Yaxın Şərq] regionunda sabitliyi daha da poza biləcək və ölkədə onsuz da ağır olan humanitar vəziyyətə ciddi təhlükə yarada biləcək yeni cavab tədbirlərinə gətirib çıxarda bilər”.