Bakı. Trend:
Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançıları ABŞ Yəmən ərazisinə zərbələr endirməyə davam edərsə, Qırmızı dənizdəki Amerika hərbi gəmilərinə və ticarət gəmilərinə hücum edəcəklər.
Trend-in məlumatına görə, bu barədə hərəkatın lideri Əbdülməlik əl-Husi bildirib.
"Qırmızı dənizdə gəmiçiliyin qadağan edilməsi qərarı Amerika təcavüzünü davam etdirdiyi müddətcə ona şamil ediləcək. Biz eskalasiyata eskalasiya ilə cavab verəcəyik və Amerika düşməninin aviadaşıyıcılarına, hərbi gəmilərinə və ticarət gəmilərinə zərbələr endirəcəyik. Amerikanın ölkəmizə təcavüzü davam edərsə, biz əlavə eskalasiya variantlarına keçəcəyik", - deyə o bildirib.