...

İsrailin Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 404 nəfərə çatıb (ƏLAVƏ EDİLİB)

Dünya xəbərləri Materials 18 Mart 2025 14:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etdiyi andan etibarən bölgədə həlak olanların sayı 404 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə anklavın səhiyyə nazirliyinin rəsmi "Telegram" kanalı məlumat yayıb.

Ölənlərdən savayı, 562 nəfərin yaralandığı xəbər verilir.

Bu arada, İsrail hökuməti sülh danışıqlarına vasitəçilik edən tərəfləri Qəzza zolağında atəşkəs rejimindən imtina etdiyini rəsmi şəkildə məlumatlandırıb.

Hazırda İsrail orudusunun əməliyyatlarının sudan, havadan və qurudan davam etdiyi bildirilir.

xxx

10:16

İsrail ordusunun Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində həlak olanların sayı 300 nəfəri ötüb.

Trend xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı anklavın rəsmilərinə istinadən məlumat yayıb.

Artıq 310 nəfərin ölümü qeydə alınıb və qurbanlar arasında çoxlu sayda qadın və uşaqların olduğu deyilir. İsrailin bölgəni qurudan, havadan və sudan bombaladığı xəbər verilir.

Xatırladaq ki, martın 18-ə keçən gecə İsrail ordusu Qəzza bölgəsində əməliyyatlar bərpa edib. Baş nazir Binyamin Netanyahunun ofisindən bildiriblər ki, buna səbəb yanvarda Dohada HƏMAS-la İsrail arasında bağlanmış atəşkəs haqqında sazişin müddətinin uzadılmamasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti