...

Putin və Tramp arasında telefon danışığı başa çatıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 18 Mart 2025 21:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Ukraynada sülhün və atəşkəsin bərqərar olmasının vacibliyini müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Hər iki lider razılaşdı ki, bu münaqişə davamlı sülhlə bitməlidir. Onlar həmçinin ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar. Ukrayna və Rusiyanın bu müharibədə itirdiyi qan və resurslar öz xalqlarına kömək etmək üçün istifadə oluna bilərdi.

Bu münaqişə heç vaxt başlamamalı idi və çoxdan səmimi və xoş niyyətli səylərlə sülh yolu ilə həll edilməli idi. Liderlər sülhə gedən yolun enerji və infrastruktur sektorlarında atəşkəslə, o cümlədən Qara dənizdə atəşkəs, hərbi əməliyyatların tam dayandırılması və daimi sülhün təmin edilməsi üçün texniki danışıqlardan başlayacağı barədə razılığa gəliblər”, - Ağ Evin bəyanatında deyilir.

Danışıqlar zamanı həmçinin Yaxın Şərqdə gələcək münaqişələrin qarşısının alınması məsələsi də müzakirə olunub:

"Onlar xüsusi olaraq strateji silahların yayılmasının dayandırılması zərurətinə toxundular və bu tədbirlərin mümkün qədər geniş şəkildə həyata keçirilməsini təmin etmək üçün başqaları ilə işləməyə hazır olduqlarını bildirdilər. Hər iki lider İrana heç vaxt İsraili məhv etmək imkanı verilməməsi ilə bağlı razılığa gəldilər. Onlar həmçinin vurğuladılar ki, ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılması böyük vədlər verir. Bura mühüm iqtisadi razılaşmalar və sülh əldə edildikdən sonra geosiyasi sabitlik daxildir".

XXX

21:05

Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın keçmiş Prezidenti Donald Tramp arasında telefon danışığı yekunlaşıb.

Trend xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Danışıqlar bitdi”, - Peskov bildirib.

Qeyd edək ki, iki liderin bundan əvvəlki telefon danışığı fevralın 12-də baş tutmuşdu. Ondan öncə isə Rusiya və ABŞ dövlət başçıları üç il ərzində birbaşa əlaqə saxlamamışdılar. Fevral ayında əldə olunan razılaşmalardan sonra Səudiyyə Ərəbistanında yüksək səviyyəli Rusiya-Amerika danışıqları keçirilib. Görüşdə həm ikitərəfli münasibətlərin bərpası, həm də Rusiya-Ukrayna münaqişəsinin həlli məsələləri müzakirə edilib.

XXX

19:39

Hazırda ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı aparılır.

Trend xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin müavini Den Skavino "X" sosial şəbəkəsində yazıb.

"Prezident Tramp hazırda Oval kabinetdədir və səhər saat 10:00-dan etibarən Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparır. Söhbət müsbət irəliləyir və hələ də davam edir", - o yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti