...

Avropa, Danimarka və Qrenlandiyanın suverenliyini müdafiə edəcək - Ursula fon der Lyayen

Dünya xəbərləri Materials 19 Mart 2025 00:13 (UTC +04:00)
Avropa, Danimarka və Qrenlandiyanın suverenliyini müdafiə edəcək - Ursula fon der Lyayen
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa həmişə Danimarka və Qrenlandiyanın suverenliyi və ərazi bütövlüyünün tərəfdarı olacaq.

Trend xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Kopenhagendəki Zabitlər Akademiyasında çıxışı zamanı deyib.

“Bütün Qrenlandiya və Danimarka xalqına qətiyyətlə bəyan edirəm ki, Avropa həmişə suverenlik və ərazi bütövlüyünü müdafiə edəcək”, - deyə fon der Lyayen bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə Qrenlandiyanın ABŞ-yə birləşməsi təklifini irəli sürüb və Danimarka imtina edərsə, yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib. Hətta ilk prezidentlik dövründə Tramp Qrenlandiyanı almağı təklif etmişdi. Lakin o vaxt olduğu kimi, Danimarka və Qrenlandiya hakimiyyəti bu ideyanı rədd edib.

Xəbər lenti

Xəbər lenti