Bakı. Trend:
Polşa ölkənin şərq sərhədlərinə - Belarusla sərhəddə piyada əleyhinə minalar yerləşdirə bilər.
Trend xəbər verir ki, bu barədə RMF 24 Polçanın müdafiə nazirinin müavini Pavel Beydə istinadən məlumat yayıb.
Rəsmi Varşava, eyni zamanda, “Şərq qalxanı” layihəsi çərçivəsində “öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə” şərq sərhədlərində başqa möhkəmləndirmə işləri də aparmağı planlaşdırır.
Martın 18-də Polşa, Estoniya, Latviya və Litvanın müdafiə nazirlikləri öz hökumətlərinə ölkələrin piyada əleyhinə minaların ləğv olunması haqqında Ottava konvensiyasından çıxmasını təklif edib.
Litva Müdafiə Nazirliyinə görə, bu, onu göstərir ki, Rusiya ilə sərhədi olan ölkələr öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün mümkün ölçüləri qəbul etməyə hazırdırlar.
Qeyd olunur ki, Rusiya piyada əleyhinə minaların ləğv olunması haqda Ottava konvensiyasına üzv deyil.