...

10,5 milyon dəyərində "qızıl unitaz" oğrularının məhkəməsi keçirilib

Dünya xəbərləri Materials 19 Mart 2025 14:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İngiltərədə məhkəmə iki kişini Blenkheym sarayından 4,8 milyon funt sterlinq (təx. 10,5 milyon manat - red.) dəyərində qızıl unitazın qarətində təqsirli bilib.

Trend xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Təxminən 98 kq ağırlığında olan qızıl unitaz “incəsənət bazarındakı ifratçılığı” satirik şəkildə tənqid edən “Amerika” adlı instalyasiyanın bir hissəsi idi. Oğurluq zamanı unitaz su təchizatına qoşulu olduğundan, qarət UNESCO-nun dünya irsi siyahısına daxil olan Blenheym sarayının bir hissəsinin su basmasına səbəb olmuşdu.

Polisin məlumatına əsasən, oğurlanmış unitaz artıq satılıb və hazırkı yeri məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti