Bakı. Trend:
İtaliyanın “Il Foglio” qəzeti bütün materialları, o cümlədən məqalələri, başlıqları, kinayəli eyhamları tam olaraq süni intellekt tərəfindən yazılmış eksperimental buraxılışını nəşr edib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Il Foglio AI adı verilmiş nümunə dünnyanın tam olaraq süni intellekt tərəfindən hazırlanmış ilk qəzeti kimi tarixə düşüb.
Qəzetin baş redaktoru Klaudio Çeraza bildirib ki, eksperimentdə məqsəd süni intellekt texnologiyalarının müasir jurnalistikaya təsirlərini nümayiş etdirmək olub. Jurnalistlər layihə çərçivəsində Süni İntellektə suallar verib və cavabları yoxlayıblar, neyroşəbəkə isə qrammatik səhvlərdən uzaq olan məqalələr formalaşdırıb.
Buraxılışın ilk dörd səhifəsini həm çap, həm də onlayn şəkildə əldə etmək olur. Onlarda ənənəvi jurnalistikaya xas olan şəxsi fikirlər, dərin təhlil və canlı müsahibələr yoxdur. Materiallar insanlara aid birbaşa sitatlar olmadan aydın və anlaşılan məqalələr şəklində təqdim olunur.