Bakı. Trend:
Böyük Britaniyanın paytaxtı London şəhərinin cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib.
Trend xəbər verir ki, partlayış Hayes rayonunda qeydə alınıb.
Yerli hakimiyyət orqanları güclü alov səbəbindən sakinləri və işçiləri yaxınlıqdakı müəssisələrdən təxliyə etmək qərarına gəlib.
Londonun Hitrou hava limanı yanğına görə müvəqqəti bağlandığını elan edib.