Bakı. Trend:
Panama sahilində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti açıqlama verib.
Zəlzələnin episentri ölkənin qərbindəki David şəhərindən (82 min nəfər əhali) 155 km şimalda yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Hazırda yaralananlar və dağıntılar barədə məlumat daxil olmayıb. Həmçinin, sunami təhlükəsi elan edilməyib.