Bakı. Trend:
Suriyanın Narkotiklərlə Mübarizə İdarəsi Hələb şəhərində uğurlu əməliyyat keçirib.
Trend-in SANA agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə bir anbarda təxminən 3 milyon psixotrop təsirli “Captagon” həbi aşkar edilərək müsadirə olunub.
Əməliyyat zamanı narkotik ticarəti ilə məşğul olan şəxslərdən biri saxlanılıb.
Qeyd edək ki, “Captagon” həbləri ilk dəfə 1960-cı illərdə diqqət əskikliyi və depressiyanın müalicəsi üçün istehsal edilsə də, sonradan qeyri-qanuni narkotik bazarında geniş yayılıb.