...

Nigerdə silahlı hücum nəticəsində azı 44 nəfər həlak olub

Dünya xəbərləri Materials 22 Mart 2025 04:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cümə günü bir qrup silahlı yaraqlı Nigerin cənub-qərbindəki Kokoru kəndinin Fonbita kəndinə hücum edib.

Trend "Agence France-Presse"ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 44 mülki şəxs həlak olub.

Ekstremistlər yerli məscidi mühasirəyə alaraq orada qətliam törədib, daha sonra isə geri çəkilərkən bazarı və yaşayış binalarını yandırıblar. İlkin məlumata görə, hücum zamanı 13 nəfər də yaralanıb.

Ölkə hakimiyyəti həlak olanların xatirəsinə üç günlük matəm elan edib. Rəsmi qurumlar hücumu təşkil edənlərin, eləcə də onların dəstəkçilərinin və sponsorlarının məsuliyyətə cəlb ediləcəyini bəyan ediblər.

Xəbər lenti

Xəbər lenti